Sülhməramlıların maşını Xankəndidə dərəyə aşdı - ÖLƏN VAR 

21:00 11.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarına məxsus zirehli döyüş maşını Xankəndidə qəzaya uğrayıb.

Hafta.az teleqram kanallarına istinadən xəbər verir ki, maşının dərəyə aşması nəticəsində 1 rusiyalı hərbi qulluqçunun öldüyü, iki nəfərin isə yaralandığı bildirilir.

Yaralılardan birinin vəziyyəti ağırdır.

 

Onlar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.